Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə

Elektrik və qaz xərcinizi ay bitməmiş bilin

EnergyX Az Azərbaycanın rəsmi pilləli tarifləri ilə aylıq ödənişinizi hesablayır, hansı cihazın nə qədər işlətdiyini göstərir və qənaət üçün konkret addımlar təklif edir.

  • Qeydiyyat tələb olunmur
  • Məlumatlar yalnız sizin brauzerinizdə saxlanılır
  • Azərbaycan, ingilis və rus dillərində
kVt·saat

Saytda nə var

Videoda qısa tanışlıq

İki dəqiqəlik videoda saytın əsas bölmələri izah olunur. Video Azərbaycan dilindədir və altyazılıdır.

YouTube-da aç

Əhali üçün tariflər

Mənbə: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası. Qaz pillələri illik istehlaka görə hesablanır.

Necə istifadə etməli

  1. Sayğac göstəricisini yazınKalkulyatorda bu ayın kVt·saatını seçin və ya hesabınızdakı rəqəmi daxil edin.
  2. Cihazlarınızı əlavə edinGücünü və gündə neçə saat işlədiyini yazın, xərcin haradan gəldiyini görün.
  3. Hər ay qeyd saxlayınBir neçə aylıq qeyddən sonra proqnoz və müqayisələr daha dəqiq olur.

Bu ay nə qədər ödəyəcəksiniz?

Sürüşdürücünü bu ayın kVt·saatına gətirin: tarif pilləsi və ödəyəcəyiniz məbləğ dərhal hesablanır.

180
kVt·saat, bu ay
75%
cari pillədə
0200300600
Aşağı pillə
15.12 ₼
-
CO₂ təsiri (bu ay)
Ay sonu proqnozu
- - - ₼
Bu günə qədərki tempə görə, ±15% aralıqla.

Sayğaclarım

Bir neçə ünvanı (məsələn, ev və bağ evi) ayrıca saxlayıb müqayisə edin.

Hesabı yoxlayın

Azərişıq hesabındakı kVt·saatı və məbləği yazın, rəsmi tariflə uyğun gəldiyini yoxlayaq.

Tarif necə işləyir

0 - 200 kVt hər kVt·saat 8.4 qəpik
200 - 300 kVt hər kVt·saat 10 qəpik
300+ kVt hər kVt·saat 15 qəpik

İstifadəni azaltsam, nə qədər qənaət edərəm?

Yuxarıdakı istifadəni əsas götürüb neçə faiz azaltmaq istədiyinizi seçin.

20%
Aylıq qənaətiniz 3.02 ₼

Qənaət xülasəsi

Azaltma faizinə və cihaz siyahınıza görə hesablanıb.

-
Tarif qənaəti
-
CO₂ azalması
-
Ən böyük cihaz tövsiyəsi

Enerji məsləhətçisi (AI)

Sualınızı yazın. Cavab kalkulyatordakı rəqəmlərə və cihazlarınıza əsaslanır.

Ev cihazları

Cihazlarınızı əlavə edin və hansının daha çox enerji işlətdiyinə baxın.

Hələ cihaz əlavə etməmisiniz.
Aylıq ümumi istifadə 0 kVt·saat

Cihazların payı

Hər kafel bir cihazdır, ölçüsü aylıq istifadəyə uyğundur. Qırmızı çərçivə cihazın oxşar qənaətli modeldən çox işlətdiyini göstərir.

Köhnə və yeni cihaz

Yeni cihaz almağa dəyərmi? Hər ikisinin gücünü yazın, illik fərq və geri ödəmə müddəti pilləli tarifə görə hesablanacaq.

Analitika

Aylıq sayğac qeydlərinizə görə enerji balı, qeyri-adi aylar, 12 aylıq proqnoz və ekoloji təsir. Hesablamalar yalnız sizin cihazınızda aparılır.

Enerji balı

Balı aşağı salan səbəblər

Sayğacda problem varmı?

Qeyri-adi ayların formasına görə ehtimal olunan səbəb göstərilir: sayğac nasazlığı, icazəsiz müdaxilə, cihaz problemi və ya tədrici dəyişiklik. Bu ehtimaldır, dəqiq nəticə üçün mütəxəssis yoxlaması lazımdır.

Qeyri-adi aylar

Hər ayın istifadəsi mövsümə görə düzəldilib əvvəlki aylarla müqayisə olunur. Qırmızı: qeyri-adi, sarı: diqqət.

Hadisə xronologiyası

12 aylıq proqnoz

-
Növbəti 12 ay, ₼
-
95% aralıq, ₼
-
Ən baha ay

Aylar üzrə istifadə

≤200 200-300 300+ məlumat yoxdur

Aylıq hədəf və nişanlar

İllik ekoloji iz

-
kq CO₂ / il
-
ağacın illik udumu
-
km avtomobil yolu
-
kVt şəbəkədə itir

Mənbələr: CO₂ 719 q/kVt·saat (Asian Transport Outlook, 2022); şəbəkə itkisi 7.6% (Dünya Bankı WDI, 2023); avtomobil təxminən 170 q/km.

Planlaşdırma

Ay ərzində büdcəni izləyin, vərdişləri dəyişsəniz nə qədər qənaət edəcəyinizi və hansı alışın özünü tez ödədiyini görün.

Aylıq büdcə

Ayın əvvəlindən bəri sayğacın göstərdiyi kVt·saatı bir neçə dəfə qeyd edin. Bu templə hansı gün baha pilləyə və ya büdcə həddinə çatacağınız hesablanır.

Vərdişləri dəyişsəm nə olar?

Addımları seçin. Nəticə kalkulyatordakı istifadəyə və cihaz siyahınıza görə hesablanır, məlumatlarınız dəyişmir.

0°C
0%

Alışlar özünü nə vaxt ödəyir

Qənaət pilləli tarifə görə hesablanır. Qiymətlər təxminidir, bazardakı qiymətləri özünüz yazın.

Ağıllı sayğac analizi

Ağıllı sayğac enerjini saat-saat ölçür. Burada saatlıq məlumatdan gün ərzində yük əyrisi, heç vaxt sönməyən baza yükü, pik saatlar və gecə artımları çıxarılır. Məlumatı cihazlarınızdan simulyasiya etmək, nümunədən götürmək və ya sayğacdan CSV kimi yükləmək olar.

Canlı güc (simulyasiya)
-

Gün ərzində yük əyrisi

Hər saat üçün orta güc. Qırıq xətt baza yükünü göstərir: heç vaxt sönməyən cihazların (soyuducu, router, gözləmə rejimi) gücü.

Tövsiyələr

Həftə × saat xəritəsi

Rəng nə qədər tünddürsə, həmin gün və saatda istifadə bir o qədər çoxdur.

Gündəlik istifadə

Qeyri-adi saatlar

CSV formatı

Ağıllı sayğacınızın və ya Azərişıq kabinetinin saatlıq məlumatını CSV kimi yükləyin. Dəstəklənən formatlar (vergül, nöqtəli vergül və ya tab ilə ayrılmış):

timestamp,kwh
2026-10-01 00:00,0.412
2026-10-01 01:00,0.385

tarix;saat;kVt·saat
01.10.2026;00;0,412

Dəyərlər Vt·saat ilədirsə, avtomatik kVt·saata çevrilir. 15 dəqiqəlik məlumat saatlıq cəmlənir. Fayl yalnız brauzerinizdə oxunur, heç yerə göndərilmir.

Təbii qaz

Qaz tarifi illik həcmə görə pillələnir: ilin əvvəlindən yığılan istifadə 1200 m³-i keçəndən sonra hər kubmetr bahalaşır. Qışda istilik səbəbindən istifadə xeyli artır.

-
Bu ayın xərci
-
İl üzrə yığılan
-
kq CO₂ (bu ay)
0 - 1200 m³/il · 12.5 qəpik/m³
1200 - 2500 m³/il · 20 qəpik/m³
2500+ m³/il · 25 qəpik/m³

İlin sonuna qədər

Sızma testi

Axşam bütün qaz cihazlarını (soba, kombi, plita, su qızdırıcısı) söndürün və sayğac göstəricisini yazın. Səhər heç nəyi yandırmadan yenidən yazın. Sayğac hərəkət edibsə, sızma ola bilər.

Dəm qazı və qaz təhlükəsizliyi

    İşıq kəsiləndə

    Kəsinti zamanı hansı cihazlar işləməlidir? Seçin: neçə Vt·saat ehtiyat enerji və hansı tutumda powerbank və ya ehtiyat mənbə lazım olduğu hesablanacaq.

    Ehtiyat enerji

    6 saat

    Soyuducudakı qida

    Təcili nömrələr

    Nömrələr məlumat üçündür, rəsmi saytlardan yoxlayın.

    İstifadə statistikası

    Bu alətin ümumi istifadə göstəriciləri. Şəxsi məlumat toplanmır.

    Gün üzrə istifadə

    Aylar üzrə

    İnterfeys dili

    Saylar anonimdir: IP ünvanı, cihaz identifikatoru və ya şəxsi məlumat saxlanılmır.

    Qənaət məsləhətləri

    Soyuducu və dondurucu

    Soyuducunu divardan 10 sm aralı qoyun ki, arxa hissə rahat soyusun. Temperaturu 3-5°C arası saxlamaq kifayətdir.

    İşıqlandırma

    Adi lampaları LED ilə əvəz edin. LED lampa 80%-ə qədər az enerji işlədir və təxminən 10 dəfə çox xidmət edir.

    Kondisioner

    Yayda 24-25°C seçin. Temperaturu hər 1°C aşağı salmaq sərfi təxminən 6-8% artırır.

    Gözləmə rejimi (standby)

    İşlətmədiyiniz cihazları tam söndürün. Gözləmə rejimində olan cihazlar da ay ərzində xeyli enerji aparır.

    Su qızdırıcı

    Su qızdırıcısını 50-60°C-də saxlayın. Daha yüksək temperatur lazımsız sərf deməkdir.

    Paltaryuyan maşın

    Tam yüklə yuyun, aşağı temperaturlu (30°C) proqramlardan istifadə edin.

    Enerjiniz haradan gəlir, hara gedir?

    Stansiyada istehsal olunan enerjinin bir hissəsi şəbəkədə itir, qalanı sayğacınızdan keçib cihazlarınıza paylanır. Xəttlərin qalınlığı enerji miqdarına mütənasibdir.

    Tez-tez verilən suallar

    Bu kalkulyator dəqiqdirmi?+
    Hesablama Tarif (qiymət) Şurasının təsdiq etdiyi rəsmi tariflərlə aparılır. Yenə də bu təxmini hesabdır: əsas mənbə sayğacınızın göstəricisi və Azərişıq hesabıdır.
    Məlumatlarım harada saxlanılır?+
    Sayğac və cihaz məlumatlarınız yalnız bu brauzerin yaddaşında saxlanılır. Enerji məsləhətçisinə sual verəndə cavab hazırlamaq üçün sualınız və bir neçə ümumi göstərici (kVt·saat, proqnoz) serverə göndərilir.
    Niyə pulsuzdur?+
    Layihə Gənclər Fondunun qrantı ilə maliyyələşdirilib və hamı üçün pulsuz qalır.
    Kodu özüm dəyişə bilərəmmi?+
    Bəli. Layihə açıq mənbədir (MIT lisenziyası): kodu GitHub-dan yükləyib dəyişə bilərsiniz.
    CO₂ rəqəmi haradan gəlir?+
    Azərbaycan elektrik şəbəkəsi üçün 719 q/kVt·saat əmsalından (Asian Transport Outlook, 2022).

    Layihə haqqında

    Niyə yaradıldı

    Azərbaycanda pilləli elektrik tarifini sadə dillə izah edən və hər kəsin pulsuz istifadə edə biləcəyi alət yox idi. EnergyX Az bu ehtiyac üçün hazırlanıb.

    Dəstək

    Bu layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən "İnkişaf, İnnovasiya və Sosial Təşəbbüslər" qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib.

    Metodologiya

    Tarif rəqəmləri Tarif (qiymət) Şurasının qərarlarına əsaslanır: 0-200 kVt·saat 8.4 qəpik, 200-300 kVt·saat 10 qəpik, 300 kVt·saatdan çox 15 qəpik.

    Metod necə yoxlanılıb

    Azərbaycan üzrə açıq, sayğac səviyyəsində real istehlak məlumatı yoxdur. Ona görə sınaq Bakının iqlim ritminə uyğunlaşdırılmış sintetik məlumatla aparılır və brauzerinizdə indi hesablanır.

    Açıq mənbə

    Kodun tamamı ictimaiyyətə açıqdır. GitHub-da baxın - istənilən töhfə (bug report, təkmilləşdirmə təklifi) xoş qarşılanır.